Polisin xidməti maşınındakı qeyri-etik hərəkətlərlə bağlı DİN-dən AÇIQLAMA: “Montajdır!” - VİDEO - YENİLƏNİB

Polisin xidməti maşınında qeyri-etik hərəkətlər edilməsini əks etdirən görüntülərlə bağlı Daxili İşlər Nazirliyi açıqlama verib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan həmin görüntülər Şamaxı Astrofizika Rəsədxanasında keçirilən yay festivalında qeydə alınıb.
Dünən, yəni festivalın sonuncu günündə iştirakçılar çantaları ağır olduğu üçün ərazidə ictimai asayişi qoruyan polis əməkdaşlarından köməklik istəyiblər və bu səbəbdən xidməti avtomobilə əyləşiblər.
Videoda qeydə alınan səslər isə montajdır, sonradan əlavə olunub. Sosial şəbəkə seqmentlərində həmin görüntülərin reallıqdan kənar başlıqlarla yayılması ictimai fikri çaşdırmaq məqsədi daşıyır.
18:00
Polisin xidməti maşınında qeyri-etik hərəkətlər edilməsini əks etdirən görüntülər yayılıb.
Belə ki, polislər vəzifə başında olarkən xidməti maşına qızları mindiriblər.
Bu zaman qızlardan biri Post Patrul Xidmətinin hərəkətdə olan maşınında yerləşdirilən səsgücləndiricilərdən istifadə edərək, yoldan ötən turistlərə qarşı da etik olmayan davranış sərgiləyiblər.
Daxili İşlər Nazirliyindən bildirilib ki, sosial şəbəkələrdə yayılan bu videodan xəbərdardırlar:
“Hazırda nazirlik tərəfindən araşdırma aparılır”.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












