Azərbaycanın aviasiya ilə sərnişin daşımaları kəskin azalıb

“Azərbaycan Hava Yolları” QSC (AZAL) və “Buta Airways” sərnişin aviaşirkəti 2020-ci ildə daşınmış sərnişinlərin sayı əvvəlki illə müqayisədə 78, 7 % azalaraq 574,2 min nəfər təşkil edib.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabatında bildirilir.
Hesabata əsasən, ötən ildə əvvəlki illə müqayisədə yük və baqaj daşınması 66,6 % azalaraq 5 min ton, poçt daşınması isə 66,2 % azalaraq 171,5 ton təşkil edib.
Beynəlxalq reyslərlə daşınan sərnişinlərin sayı 80,4 % azalaraq 407,7 min nəfər təşkil edib. Daxili marşrutlar üzrə isə 166,5 min sərnişin daşınıb.
AZAL-ın aviaşirkətlərin reyslərində sərnişin dövriyyəsi 980,6 mln sərnişin/km təşkil edərək, əvvəlki illə müqayisədə 79,3 %, beynəlxalq reyslərində sərnişin dövriyyəsi isə 864,7 mln sərnişin/km təşkil edərək, 2019-cu illə müqayisədə 80 % azalıb.
Hesabat dövründə sərnişin oturacaqlarının tutulma faizi əvvəlki illə müqayisədə 17,8 % azalaraq 57,8 % təşkil edib. Beynəlxalq hava xətlərində sərnişin oturacaqlarının tutulma faizi 2019-cu illə müqayisədə 19 % azalaraq 55,7 % təşkil edib.
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?











