Azərbaycanın nəqliyyat dəhlizlərində daşınan yüklərin həcmi açıqlandı

Bu ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 24 milyon 154,1 min ton yük daşınıb.
Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 % azdır.
Məlumata əsasən, hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 10 milyon 555,6 min ton (-6,6 %), avtomobil nəqliyyatı ilə 8 milyon 8,8 min ton (+8,9 %) və dəniz nəqliyyatı ilə 5 milyon 589,7 min ton (-6,2 %) yük daşınıb.
Bundan başqa, bu ilin 9 ayında "Şərq-Qərb" nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 12 milyon 615 min ton (-1,2 %), o cümlədən "Avropa-Qafqaz-Asiya" nəqliyyat dəhlizi ilə 6 milyon 117,1 min ton (-6,2 %), "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə 6 milyon 719,7 min ton (-4,3 %), "Şimal-Qərb" nəqliyyat dəhlizi ilə 4 milyon 416,7 min ton (-3 %), "Cənub-Qərb" nəqliyyat dəhlizi ilə 402,7 min ton (+44,2 %) təşkil edib.
2025-ci ilin yanvar-sentyabr aylarında dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 46 %-i, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 41,9 %-i, dəniz nəqliyyatı ilə daşınmış yüklərin 94,7 %-i tranzit yüklər olub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












