Azərbaycanın üç vətəndaşı xaricdə insan alverinə görə həbs edildi

Ötən il Azərbaycanın üç vətəndaşı xaricdə insan alverinə görə həbs edilib.
Avtosfer.az xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü il üzrə illik məlumatında əksini tapıb.
Sənəddə qeyd olunub ki, xarici ölkələrin müvafiq dövlət qurumları ilə aparılmış məlumat mübadiləsi nəticəsində Azərbaycanın üç vətəndaşının Kipr və Qvatemalanın hüquq-mühafizə orqanları tərəfindən insan alverində təqsirləndirilərək həbs edildiyi müəyyən olunub.
Bundan əlavə, ölkəyə readmissiya edilən şəxslər arasında bir nəfərin Yunanıstanda insan alverinin qurbanı olduğu aşkarlanıb.
Qeyd edək ki, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı parlamentin İnsan hüquqları, hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












