Azərbaycanın ÜPİ-nin şuralarına namizədliyi ilə bağlı Dubayda təbliğat tədbiri keçirilib - FOTO
Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən ÜPİ-nin ali qərarverici orqanı olan 28-ci Konqresində iştirak edir.
Hər 4 ildən bir keçirilən Konqresdə ÜPİ-nin Beynəlxalq Bürosunun baş direktoru və müavini, həmçinin Poçt Əməliyyatları Şurası və Administrativ Şuranın sədr və üzvləri seçilir. Bu il ölkəmiz büronun 2 şurasına üzvlüyə namizədliyini irəli sürüb.
Seçkilərdən əvvəl beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, əməkdaşlıqların qurulması və ölkəmizin daha yaxından tanıdılması məqsədilə Azərbaycan tərəfindən tədbir təşkil olunub.
Tədbirdə ÜPİ, Avropa Poçt Təşkilatı, eləcə də 150-dən çox ölkənin digər poçt təşkilatlarının yüksək statuslu nümayəndələri iştirak ediblər. Ümumdünya Poçt İttifaqının baş direktoru Masahiko Metoki Azərbaycanın Poçt Əməliyyatları Şurası və Administrativ Şuraya üzvlüyə namizədliyini irəli sürməsi ilə bağlı tədbir iştirakçılarına məlumat verib. Azərbaycanın təşkilatla fəal əməkdaşlığını yüksək qiymətləndirib.
Mərasimdə bildirilib ki, Azərbaycan poçt əməliyyatları və standartlarının tətbiqi istiqamətində əlaqələrin inkişafına xüsusi önəm verir. Ölkəmizdə bu sahədə müasir və innovativ yanaşmalar tətbiq olunur.
Tədbirdə iştirakçılara ölkəmizin zəngin mədəni irsini əks etdirən nümunələr təqdim olunub. Onlar Azərbaycanın qədim tarixi, rəngarəng mədəniyyəti və qonaqpərvərlik ənənələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO
Prezidentdən Naxçıvanla bağlı mühüm FƏRMAN
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO
“Yol hərəkəti təhlükəsizliyi" çərçivəsində ictimai müzakirə keçirilib - FOTOLAR












