"Azərbaycanla bu sahədə bir-birimizi yaxşı başa düşürük”

"Rusiya və Azərbaycan iqtisadi sahədə bir-birilərini yaxşı başa düşür, hökumətlər və müəssisələr səviyyəsində konstruktiv şəkildə işləyirlər”.
Avtosfer.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Baş nazir müavini Aleksey Overçuk deyib.
“Azərbaycanla normal iqtisadi əlaqələrimiz var. Bunu təkrarlamaqdan yorulmuram. Bir neçə gün əvvəl Həştərxanda hökumətlərarası komissiya keçirdik və hər iki tərəf də vurğuladı ki, bizim iqtisadi problemlərimiz yoxdur”, - o qeyd edib.
“Bakı Naxçıvanla əlaqəni təmin edəcək marşrutu bərpa etməyə can atır. Amma Cənubi Qafqazdakı kommunikasiya blokadalarının açılması Ermənistana da faydalıdır. Bu gün Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədi bağlıdır, İranla əlaqə var, amma ora gedən yolun təmiri lazımdır. Ermənistanın xarici aləmlə yeganə rahat əlaqəsi Gürcüstan üzərindən olur. Ermənistanın öz inkişafını normal şəkildə davam etdirməsi və qonşularıyla, o cümlədən bizimlə, normal nəqliyyat-logistika əlaqələri qura bilməsi çox vacibdir”, - Overçuk əlavə edib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












