Azərbaycanlı turistlər Ukrayna kurortlarına Kiyevdən qatarla gedə biləcəklər

“Azərbaycandan olan turistlərin marağını nəzərə alaraq, onlara Truskavets və Morşinə Kiyevdən qatarla getməyi təklif edə bilərik”.
Avtosfer.az Report-a istinadən xəbər verir ki, bu barədə Bakıda keçirilən Kiyevin turizm imkanlarının təqdimatı zamanı Ukrayna şəhərlərinin mehmanxanaları və mehmanxana birlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Yuri Opanaşuk məlumat verib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi assosiasiya 2014-cü ilin sonunadək həyata keçirilmiş uçuşların bərpa edilməsi xahişi ilə 2015-ci ildə Ukraynanın İnfrastruktur Nazirliyinə müraciət edib. “Söhbət Lvov və Bakı arasında birbaşa reyslərdən gedir. Çünki orada Azərbaycan vətəndaşlarının tez-tez səfər etdiyi Truskavets və Morşin kimi kurortlar yerləşir”.
Yuri Opanaşuk qeyd edib ki, Ukraynanın bu şəhərlərində yerləşən sanatoriyalar azərbaycanlı turistlər arasında böyük tələbata malikdir: “Marağı nəzərə alaraq, hazırda bu şəhərlərə Kiyevdən səhər saat 8-də yola düşən qatarla da getməyi təklif edə bilərik”.

Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












