Azərbaycanlıların zəngi erməniləri qorxuya salıb: "Evlərinizi bizə satın, onsuz da..."

"Son günlər Qarabağda azərbaycanlılar tərəfindən edilən telefon zəngləri əsas müzakirə mövzusudur. Onlar Xankəndidə yaşayan ermənilərdən mənzillərini almağa hazır olduqlarını deyirlər”.
Avtosfer.az HİT.Az-a istinadən xəbər verir ki, bunu "Şərəfim var” blokunun üzvü Tiqran Abramyan deyib.
O bildirib ki, bu məsələ barədə ilk dəfə həmkarı Nairi Oxikyan xəbər tutub. "Nairi deyirdi ki, Qarabağdakı ermənilər bu zənglərdən narahat olmağa başlayıblar. Azərbaycanlıların bu addımı məqsədlidir. Onlar bununla deyirlər ki, onsuz da Qarabağ bizimdir. Təklif edirik ki, mənzillərini satsınlar. Mən bunu araşdırdım və məlum oldu ki, belə zəngləri sayı son bir həftədə yüzlərlə olub”, - deyə Abramyan əlavə edib.
O, baş verənləri təhlil edərək belə qənaətə gəlib ki, tezliklər Ermənistan üçün Qarabağ məsələsi qapanacaq:
"Baş verənlər gözlənilən proseslər idi. Bundan sonra daha geniş miqyasda zəruri imkanlardan istifadə etməyə başlayacaqlar. Bu isə Ermənistanın prosesdən çıxmasının əlamətidir və tezliklə İrəvan üçün Qarabağ səhifəsi bağlanacaq”.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO
Bakıdakı dəbdəbəli toyun sahibi o imiş - YENİLƏNİB
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
Bakının küçələri yeni tədris ilinə hazırdır?
Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİLİK
Hikmət Hacıyev diplomatlara təyyarədə mikrofonla təşəkkür etdi - VİDEO
"Meyitlər 200-300 metr aralı idi" - Şəkidəki kanat faciəsinin şok detalları - VİDEO
Sürücülərin nəzərinə: Bakının əsas prospektlərindən birində təmir başlayır
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı










