"Azəriqaz" 83 min manatlıq məhkəməni uduzdu

Məhkəmə "Azəriqaz" İstehsalat Birliyinin şirkət üzərinə qoyduğu 83 717 manatlıq borcun silinməsi ilə bağlı qərar verib.
Avtosfer.az Modern.az-a istinadən xəbər verir ki, Şəmkir rayonunda yerləşən MMC "Azəriqaz"a qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib və 166056,38 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
Məlumata görə, şirkətə məxsus istixana 2019-cu ildən qazla təchiz edilib. 2024-cü ilin iyun ayına qədər iddiaçı tərəfindən yol verilmiş qanunsuzluqlardan məlumatsız olunduğundan tərəflər arasında hər hansı mübahisə olmayıb. İstifadə edilmiş qazın dəyəri daim vaxtlı vaxtında ödənilib. 2024-cü ildə isə cavabdehlə mübahisə yaranıb.
Belə ki, 2024-cü ilin yanvar ayından iyun ayınadək, 5 ay müddətində ümumilikdə 83717,48 manat məbləğində sayğac göstəricisindən əlavə aktlar əsasında borc hesablanıb. Mübahisələndirilən ümumi məbləğin 82338,90 manat hissəsi ilə bağlı bildirilir ki, cavabdeh təşkilat qaz sayğacının guya işlək vəziyyətdə olmadığını qeyd edərək real sərfiyyatdan artıq təbii qazın dəyərini hesablayıb. İddiaçıya hər ay təqdim edilən hesab fakturalarda borcun aktlar əsasında hesablandığı qeyd edilməyib. Bu səbəbdən mübahisələndirilən 166056,38 manat ümumi borc məbləğinin alktlar və digər qanunsuz yollarla hesablandığından məlumatsız olub.
Bakı Kommersiya Məhkəməsi MMC-yə əsassız olaraq hesablanmış 83717 manat borcun silinməsi öhdəliyini Azəriqaz İB-yə həvalə edib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












