“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə “Azəriqaz”dan məlumat verilib.
“Azəriqaz” abonentlərin nəzərinə çatdırır ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal “104/185” Çağrı Mərkəzinə məlumat versinlər:
“Bundan başqa (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan "WhatsApp" nömrəsinə də mesajlarını göndərə bilərlər. Bayram günlərində Birliyin Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) əməkdaşları dekabrın 31-dən yanvarın 6-də saat 10:00-dan 14:00-dək BRQSD-nin inzibati binası və Xəzər xidmət sahəsində fəaliyyət göstərəcəklər”.
Bildirilir ki, həmçinin yanvarın 3-4-də saat 10:00-dan 16:00-dək Sabunçu, dekabrın 31-dən yanvarın 5-də saat 10:00-dan 14:00-dək Qaradağ xidmət sahələrində əsasən itirilmiş və ya zədələnmiş smart-kartların bərpası, qüsurlu ödənişlərin bərpası, koda düşmüş kartların bərpası, bir sözlə abonentin qazsız qalmaması üçün ən zəruri əməliyyatların icrası təmin ediləcək.
Bundan başqa “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin Qəza təmir bərpa sahəsinin, “104/185” Çağrı Mərkəzinin əməkdaşları da sutkanın 24 saatı ərzində abonentlərin xidmətində olacaqlar. Bakı şəhəri və ətraf ərazilərdə qaz təchizatı ilə bağlı baş verəcək qəzalar, qaz sayğacları ilə bağlı nasazlıqlar operativ şəkildə aradan qaldırılacaq.
Qeyd edək ki, bölgələrdə də eynilə növbəlilik tətbiq etməklə birliyin müvafiq sayda əməkdaşları iş başında olacaqlar.
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi












