“AZINCLOUD” ilə məlumatlarını ölkə daxilində saxla!

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-nin ictimai “bulud” xidməti “AZINCLOUD” istifadəçilərə məlumatlarını ölkə daxilində saxlamaq imkanı yaradır.
Avtosfer.az xəbər verir ki, əsasən fiziki şəxslər, kiçik və orta bizneslər, fərdi sahibkarlar və startaplar üçün nəzərdə tutulan “AZINCLOUD”da onlayn qeydiyyatdan keçərək qısa müddətdə öz “bulud” infrastrukturunu yaratmaq mümkündür.
Xidmət çərçivəsində məlumatlar və informasiya sistemləri daha az xərclə və sürətli şəkildə idarə oluna bilir. Platformada istənilən vaxt, istənilən yerdən məlumatlara çıxış imkanı mövcuddur.
Qlobal “bulud” provayderləri ilə müqayisədə “AZINCLOUD”u seçməyin üstünlükləri aşağıdakılardır:
- Məlumatlar xarici serverlərdə deyil, ölkə daxilində saxlanılır;
- “AZINCLOUD”da hüquqi əsaslar yerli qanunvericiliyə uyğun tənzimlənir;
- Azərbaycan dilində olan platforma sadə interfeysə malikdir;
- Vətəndaşlara rahat istifadə imkanı yaradır;
- Tətbiq olunmuş qiymətlər yerli bazara uyğunlaşdırılıb;
- Yerli valyuta ilə ödəniş nəticəsində əlavə komissiyalardan azad olunma;
- 24/7 müştəri dəstəyi xidməti mövcuddur.
“AZINCLOUD” yerli bazarın tələblərinə uyğun, təhlükəsiz, sərfəli və rahat “bulud” həlli təqdim etməklə, ölkədə rəqəmsal transformasiyanın sürətlənməsinə və istifadəçilərin müasir texnologiyalardan səmərəli faydalanmasına şərait yaradır. Xidmətlərdən yararlanmaq üçün istifadəçilər platformanın əsas səhifəsində “Giriş” bölməsinə keçid edərək qeydiyyatdan keçə və özlərinə uyğun xidmətləri seçə bilərlər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












