Badamdar sakinlərindən ŞİKAYƏT: “Borularımızı dəyişdilər, yollarımız bərbad hala düşdü” - FOTO

Paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsinin sakinləri yol problemi ilə üzləşdiklərini bildirirlər.
Bu barədə qəsəbə sakinləri Oxu.az-ın redaksiyasına şikayət ünvanlayıb.
Sakinlər qəsəbə ərazisində vəziyyətin acınacaqlı olduğunu qeyd ediblər:
“Badamdar qəsəbəsi massiv 3-də “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən boru dəyişmə işləri keçirilib. Bu işlərin nəticəsində yollarımız istifadəyə yararsız hala düşüb. Əsasən 50 və 52 saylı küçələrin vəziyyəti acınacaqlıdır.
Qış aylarında uşaqlarımız məktəbə gedəndə palçıqlı yollardan keçməli olurlar. Dərslərə palçığa batmış paltar və ayaqqabı ilə gedirlər. Bu vəziyyət artıq 5 aydır ki, yaşanır”.
Məsələni araşdırmaq üçün “Azərsu” ASC-yə sorğu ünvanladıq.
“Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin ərazidə podratçılar işləyiblər:
“Asfalt çəkmək üçün havanın normallaşmasını gözləyirlər. İş keyfiyyətli olsun deyə yer qurumalıdır. İndi asfalt çəkmək mümkün deyil. Yalnız torpaq quruduqdan sonra asfalt çəkilə bilər. Havalar imkan versə, gələn həftədən asfalt çəkilişinə başlanacaq”.
Həmin fotoları təqdim edirik:
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












