Badamdarda 53 saylı avtobus 10 dəqiqəlik yolu 40 dəqiqəyə gedir - VİDEO

Badamdar-20-ci sahə yolu bütün növ avtomobillər üçün açıq olsa da,5 ildir marşurt avtobusları üçün bağlıdır.
Sərnişinlər bildirir ki, yolun bu vəziyyətdə olması onların işini çətinləşdirir.
Badamdar yamacında bir neçə il əvvəl baş verən sürüşmədən sonra yolda hərəkət tamamilə dayandırılmışdı. Həmin vaxtdan marşurt avtobusları alternativ yollardan istifadə edir ki, bu da xeyli vaxt itkisinə səbəb olur.
Məsələn, əvvəl avtobusla Badamdardan 20-ci sahəyə 10 dəqiqəyə çatmaq mümkün idisə, indi alternativ yolla eyni məsafəyə 40-45 dəqiqəyə gedilir.
“Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik.”
Qrumdan bildirilib ki, hazırda bu istiqamətində müvafiq işlər görülür.Bir neçə il əvvəl baş verən torpaq sürüşməsi ilə əlaqədar Badamdar-20-ci sahə və əks istiqamətdə hərəkət edən 53 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkəti alternativ yollardan keçməklə təşkil edilib.
“Avtobusların əvvəlki xətti üzrə hərəkətinin təşkili istiqamətində iş aparılır.”
Qeyd edək ki, 2018-ci ildə Badamdar yamacında sürüşmə olub. Yapon və yerli mütəxəsislər tərəfindən yamacın problemlərini birdəfəlik həll etmək məqsədilə kompleks tədbirlər layihəsi işlənilib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












