"Bakcell" və Visa tərəfdaşlığa başlayır

İnnovasiya lideri "Bakcell" rəqəmsal ödənişlər üzrə qlobal lider olan Visa ilə tərəfdaşlığa başlayır. Bu əməkdaşlıq çərçivəsində "Bakcell" abunəçilərinə xüsusi üstünlüklər, daha rahat rəqəmsal ödəniş imkanı və yeni innovativ həllər təqdim ediləcək.
Avtosfer.az xəbər verir ki, tərəfdaşlığın ilk addımı olaraq "Bakcell" və Visa abunəçilər üçün xüsusi kampaniyaya start verib. Kampaniya ərzində abunəçilər Bakcell tətbiqi üzərindən, Visa kartı ilə, Apple Pay və Google Pay vasitəsilə minimum 5 AZN balans artırdıqda bonus internet hədiyyəsi qazanacaqlar. Təqdim olunan bonus internet həcmi artırılan məbləğə uyğun olaraq, 5 AZN - 9.99 AZN – 1 GB; 10 AZN - 14.99 AZN – 2 GB; 15 AZN və yuxarı – 5 GB kimi formalaşır. Əldə edilən bonuslar bir həftə müddətində aktiv qalır.
"Bakcell" innovasiya və süni intellekt əsaslı həlləri ilə Azərbaycanın rəqəmsal gələcəyinə, dayanıqlı inkişafına töhfə verməyə davam edir.
Kampaniya haqqında ətraflı məlumatı linkə keçid edərək əldə etmək olar.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!












