Bakı-Amman-Bakı marşrutu üzrə müntəzəm uçuşların həyata keçirilməsi planı müzakirə olundu

Azərbaycan ilə İordaniya 2026-cı ilin iyunundan etibarən Bakı-Amman-Bakı marşrutu üzrə müntəzəm uçuşların həyata keçirilməsi planını müzakirə edib.
Avtosfer.az bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) istinadən xəbər verir.
Məlumata əsasən, müzakirələr AZAL-ın prezidenti Samir Rzayev və İordaniyanın Turizm və Əntiq Əşyalar Nazirliyinin baş katibi və nazir müavini Yazan əl-Xadiri, "Royal Jordanian Airlines" şirkətinin yük daşımaları üzrə icraçı direktoru Xalid Məhəmməd əl-Havaldə və İordaniyanın Azərbaycandakı səfiri Ömər əl-Nahar arasında görüşdə aparılıb.
İki ölkə arasında mülki aviasiya sahəsində əməkdaşlığın inkişafı baxımından növbəti konstruktiv addım olan bu görüş zamanı hava nəqliyyatı əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Nümayəndə heyəti ilə 2026-cı ilin iyun ayından etibarən Bakı-Amman-Bakı marşrutu üzrə müntəzəm uçuşların həyata keçirilməsi planı müzakirə olunub.
Bu təşəbbüs aviasiya əlaqələrinin daha səmərəli qurulmasına, həmçinin Azərbaycan və İordaniya arasında turizm, biznes və mədəniyyət sahələrində əməkdaşlığın genişlənməsinə töhfə verəcək.
Qeyd edək ki, Amman istiqamətində cari ilin iyun-sentyabr ayları ərzində yerinə yetirilmiş müntəzəm çarter reysləri vasitəsilə 3 mindən çox sərnişinə xidmət göstərilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












