Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində çalışır

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün bu gündən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş rejimdə çalışır. Bu barədə Avtosfer.az-a Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, Kompleksdə bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunur. Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin edilir. Artıq 100-dən çox nəqliyyat vasitəsinin əlavə daşımalara cəlb olunması məqsədilə daşıyıcılarla müqavilələr imzalanıb. Vətəndaşlara biletlərin əlçatanlığını təmin etmək üçün kompleksdə fəaliyyət göstərən kassaların da sayı artırılıb.
Vətəndaşlar biletləri “biletim.az” portalından onlayn qaydada, həmçinin avtovağzalın gündəlik və qabaqcadan satış kassalarından əldə edə bilərlər.Ümumilikdə 2023-cü il ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən digər şəhər və rayonlarımıza 2 milyon 600 min sərnişin daşınıb. Bu 2022-ci illə müqayisədə 150 mindən çox sərnişin artımı deməkdir. Bayram günlərində 30-35 min sərnişinin Bakıdan digər regionlara daşınması planlaşdırılır.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












