Bakı-Brüssel-Bakı reyslərinə bilet satışı başladı - YENİLƏNİB

"Azərbaycan Hava Yolları" QSC (AZAL) marşrut şəbəkəsini genişləndirərək Belçikanın paytaxtı Brüsselə birbaşa müntəzəm uçuşlara başlayır.
Bu barədə Avtosfer.az-a AZAL-dan məlumat verilib.
Bildirilib ki, yeni istiqamət üzrə biletlər artıq satışdadır.
Brüssel şəhərinə ilk reys 8 may 2027-ci il tarixində həyata keçiriləcək. Bakı-Brüssel-Bakı marşrutu üzrə uçuşlar həftədə 4 dəfə, bazar ertəsi, çərşənbə, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək.
Yeni marşrut Azərbaycan ilə Belçika arasında işgüzar, turizm və mədəni əlaqələrin inkişafına əlavə töhfə verəcək, həmçinin sərnişinlər üçün Avropanın aparıcı siyasi, iqtisadi və nəqliyyat mərkəzlərindən birinə birbaşa və rahat səyahət imkanı yaradacaq.
Belçikanın paytaxtı Brüssel Avropa İttifaqı və NATO-nun qərargahlarının yerləşdiyi, qlobal diplomatiya və beynəlxalq biznes üçün vacib əhəmiyyət daşıyan şəhərlərdən biridir. Bununla yanaşı, şəhər zəngin tarixi-mədəni irsi, məşhur Grand-Place meydanı, Atomium kompleksi, muzeyləri, qastronomiyası və özünəməxsus atmosferi ilə Avropanın ən populyar turizm istiqamətlərindən biri hesab olunur.
Brüssel həmçinin Avropanın əsas nəqliyyat qovşaqlarından biridir. Buradan Amsterdama təxminən iki saata, həmçinin Lüksemburq, Köln və digər şəhərlərə rahat şəkildə çatmaq mümkündür.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.
***12:48
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına start verib.
Bu barədə Avtosfer.az-a AZAL-dan məlumat verilib.
Bildirilib ki, uçuşlar 8 may 2027-ci ildən həftədə 4 dəfə - bazar ertəsi, çərşənbə, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO
Prezidentdən Naxçıvanla bağlı mühüm FƏRMAN
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO
“Yol hərəkəti təhlükəsizliyi" çərçivəsində ictimai müzakirə keçirilib - FOTOLAR
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi










