Əhmədlidə sürücülər cərimədən yayınmaq üçün avtomobillərin nömrəsini gizlədirlər - FOTO

Qaydalar 1 İyul 2026 14:11
Əhmədlidə sürücülər cərimədən yayınmaq üçün avtomobillərin nömrəsini gizlədirlər - FOTO
WhatsApp kanalımıza abunə olun

Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən Sarayevo küçəsində bəzi sürücülərin cərimədən yayınmaq məqsədilə avtomobillərinin dövlət qeydiyyat nişanlarını gizlətdiyi iddia olunur.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə avtobus dayanacağı və piyada keçidinin yaxınlığında avtomobillərin qanunsuz şəkildə saxlanıldığı, sürücülərin isə müşahidə kameraları tərəfindən cərimələnməmək üçün baqaj qapağını qaldıraraq nömrə nişanını örtdükləri əks olunub.

Əhmədlidə sürücülər cərimədən yayınmaq üçün avtomobillərin nömrəsini gizlədirlər - FOTO

Bildirilib ki, avtomobillər həmin ərazidə saatlarla qalır. Sürücülər isə ya yaxınlıqdakı obyektlərdə olurlar, ya da səkidə yığılıb söhbət edirlər.

Məsələ ilə bağlı açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, ərazidə müvafiq tədbir görülüb:

"Sözügedən ərazidə dayanma və durma qaydalarını pozaraq ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasına 15 metrdən az məsafədə avtomobil saxlayan sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb".

Əhmədlidə sürücülər cərimədən yayınmaq üçün avtomobillərin nömrəsini gizlədirlər - FOTO

Əhmədlidə sürücülər cərimədən yayınmaq üçün avtomobillərin nömrəsini gizlədirlər - FOTO

Oxunub : 296
ŞƏRH YAZ
Ad

E-mail

Şərh