Bakı hava limanı bayram günlərində gücləndirilmiş iş qrafikinə keçir

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il bayramı ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu 28 dekabr tarixindən 7 yanvar 2024-cü il tarixinədək sərnişinlərin rahatlığını təmin etmək məqsədi ilə gücləndirilmiş iş qrafikinə keçir.
Bu barədə Avtosfer.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.
Bakı hava limanı sərnişinlərə səyahət zamanı optimal şərait təklif etməklə xidmət keyfiyyətini daim yüksəltməyə çalışır. Tətbiq edilən gücləndirilmiş iş qrafiki sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi, uçuşların vaxtında yerinə yetirilməsi və xidmətin yüksək səviyyədə təqdim edilməsi məqsədi daşıyır.
Bayram günlərində artan sərnişin axınını nəzərə alaraq, mümkün ləngimələrin qarşısını almaq məqsədilə sərnişinlərə uçuşa 3 saat qalmış hava limanına gəlmələri tövsiyə olunur.
Heydər Əliyev Beynəlxalq Aeroportu bütün sərnişinləri qarşıdan gələn bayramlar münasibətilə təbrik edir, parlaq təəssüratlar və təhlükəsiz səyahət arzulayır!
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












