Bakı Hava Limanı yalnız rəsmi taksilərdən istifadə etməyi tövsiyə edir - FOTO

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin və ziyarətçilərin təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə hava limanının ərazisində yalnız rəsmi taksilərdən istifadə etməyi tövsiyə edir. Lisenziyasız taksi xidmətlərindən istifadə qiymətlərin şişirdilməsi, aşağı xidmət keyfiyyəti, hətta dələduzluq və ya oğurluq kimi arzuolunmaz hallara gətirib çıxara bilər.
Heydər Əliyev Beynəlxalq Aeroportundan Avtosfer.az-a verilən məlumata görə, rəsmi taksilər isə lazımi təhlükəsizlik standartlarına əməl edir. Sürücülər peşəkar xidmət və şəffaf tariflər təqdim edirlər. Bu, səyahət edənlərə büdcələrini planlaşdırmağa və gözlənilməz xərclərdən qaçmağa imkan verir.
Rəsmi taksilər müvafiq tanınma və fərqləndirici nişan ilə seçilir ki, onları hava limanı terminallarının ətrafındakı nəqliyyat vasitələrində görmək mümkündür.
Xatırladaq ki, Bakı hava limanında maksimum rahatlıq üçün əlavə şərait də yaradılıb:
- Sərnişinlər və ziyarətçilərin gəliş/gediş proseslərini daha da komfortlu və çevik etmək üçün xüsusi enmə zolaqı - “drop off” onların ixtiyarındadır;
- Hava limanına daxil olarkən ilk 15 dəqiqə üçün nəqliyyat vasitələrindən ödəniş tələb edilmir ki, bu isə sərnişinləri qarşılamaq və ya yola salmaq üçün rahatlığı təmin edir.
Qeyd edək ki, hava limanının ərazisində taksi xidməti ilə bağlı şübhə və ya problem yaranarsa, ziyarətçilər dərhal təhlükəsizlik işçilərinə müraciət edə bilərlər.
Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı - Onları hansı cəza gözləyir? - VİDEO
Bakıda kabab evində at DNT-si aşkarlanıb - FOTO
Onlayn kazino şəbəkəsinin rəhbəri saxlanılaraq Azərbaycana gətirildi - VİDEO
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb
Bakının 30 yol sahəsində təmir işləri YEKUNLAŞDIRILIB
Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO
Sərhəd buraxılış məntəqələrində gözləyən yük maşınlarının sayı AÇIQLANDI
Bakıxanovda məhəllənin ortasında yanğın baş verib - VİDEO
Kamran Əliyev həmin polkovniki qəbul etdi - İcra başçısı həbs edilə bilər? - FOTO
Bakıda dəhşətli qətl baş verdi - FOTO
Vətəndaş "Xalq 11" lizinq şirkətindən şikayətçidir - VİDEO












