Bakı hava limanında innovativ TDAS həlli tətbiq edilib

Heydər Əliyev Beynəlxalq Aeroportunda Səyahət Sənədlərinin Avtorizasiya Sistemi (Travel Document Authorization System) həlli istifadəyə verilib ki, bu da uçuş öncəsi rəsmiləşdirmə prosesini sadələşdirəcək və sürətləndirəcək, təhlükəsizliyi gücləndirərək hava limanında növbələri azaldacaq.
Bu barədə Avtosfer.az-a hava limanından bildirilib.
“TAV Technologies”in hazırladığı yeni sistem sərnişinlərə minik talonlarını özləri skan etməklə uçuş öncəsi təhlükəsizlik baxışına daxil olmağa imkan verir. Bundan əlavə, bu həll rahatlıq və səmərəliliyi təmin edərək rəsmiləşdirmə zonasının ötürmə qabiliyyətini artırmağa şərait yaradır. TDAS sərnişinlərin seçimlərindən və aviaşirkətlərin siyasətindən asılı olmayaraq istər kağız, istərsə də elektron minik talonlarını dəstəkləyir.
“Biz sərnişinlərimizin maksimal komfort və təhlükəsizliyini təmin etməyə çalışırıq. Həmçinin, yeni tətbiq olunan sistem ekoloji davamlılığı yaxşılaşdırmağa dəstək olaraq onlara kağız minik talonlarından istifadə etmək zərurətindən azad olmağa imkan verəcək. Bundan əlavə, TDAS həlli insan amili ilə bağlı səhvlərin baş vermə ehtimalını da aradan qaldıracaq”, - deyə Bakı hava limanının direktoru Teymur Həsənov vurğulayıb.
Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə xidmət keyfiyyətinin yüksəldilməsi, müasir, rahat infrastrukturun yaradılması məqsədilə yeni texnologiya və innovasiyaların tətbiqini davam etdirir.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










