“Bakı Metropoliteni”: Gediş haqqını biz müəyyən etmirik
Xəbərlər
31 May 2021 12:12

“Bakı Metrosunda gediş haqqının müəyyən edilməsi Tarif (Qiymət) Şurasının səlahiyyətindədir.
Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov son vaxtlar metroda geniş haqqının artacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
“Bu məlumatlar şaiyədir və əmin olun ki, Tarif Şurası müvafiq qərarı elan etməyənə qədər elə şaiyə olaraq qalacaq. Ümumiyyətlə "Bakı Metropoliteni"nin qiymətlərin tənzimlənməsində rolu olmur. Biz sadəcə Tarif Şurasına müraciət edə bilərik, amma hələlik belə bir müraciət yoxdur. Bu gündən sərnişindaşıma prosesinə qoşulmuşuq, nələrin baş verəcəyini isə gələcəkdə görəcəyik və ictimaiyyətə müvafiq məlumatları mütləq çatdıracağıq”, - deyə o, qeyd edib.
Oxunub : 894
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 11:03
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
13 Oktyabr 2026 22:08
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
13 Oktyabr 2026 19:02
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
13 Oktyabr 2026 15:18
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
12 Oktyabr 2026 23:06
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
12 Oktyabr 2026 20:29
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
12 Oktyabr 2026 20:17
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
12 Oktyabr 2026 19:45
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
12 Oktyabr 2026 19:24
18 marşrutun hərəkət sxemi dəyişdirilir
12 Oktyabr 2026 18:41
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
12 Oktyabr 2026 18:00
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
11 Oktyabr 2026 13:41
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
ŞƏRH YAZ












