"Bakı Metropoliteni" tarif dəyişikliyinin məqsədini AÇIQLADI

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti oktyabrın 1-dən ediləcək tarif dəyişikliyi ilə bağlı açıqlama yayıb.
Qurumdan Avtosfer.az-a istinadən xəbər verir ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində metro sahəsində tədbirlər mərhələli şəkildə həyata keçirilir:
"Proqram üzrə yeni metro stansiyalarının inşası, mövcud infrastrukturun yenilənməsi, əlavə vaqonların alınması, yeni depo tikintisi və enerji təminatı sistemlərinin gücləndirilməsi istiqamətində mühüm işlər görülür. Hazırda 10 yeni stansiyanın layihələndirilməsi işləri yekunlaşmaq üzrədir və müvafiq plana uyğun olaraq onların vaxtında tamamlanaraq istifadəyə verilməsi planlaşdırılır. Bununla yanaşı, daha bir yeni stansiyanın 2026-cı ildə sərnişinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.
Metropolitenin "28 May" - "Əhmədli" sahəsində 34 cüt qatarla hərəkət sxeminə keçidin nəticəsi olaraq, ilk dəfə pik saatlarda qatarların hərəkət intervalı 1 dəqiqə 45 saniyəyədək azaldılıb. Metronun vaqon parkı da mütəmadi olaraq yenilənir və son dövrdə alınmış 65 yeni vaqondan 35-i artıq xəttə buraxılıb. Dövlət Proqramına əsasən, 299 yeni nəsil vaqonun da alınaraq metropoliten xətlərinə buraxılması planlaşdırılır.
Paytaxtın sürətlə artan nəqliyyat tələblərini qarşılamaq, sərnişindaşıma xidmətlərinin davamlılığını təmin etmək və dövlət proqramında qoyulan hədəflərə çatmaq üçün tariflərin tənzimlənməsi zəruri addım kimi qiymətləndirilir.
Bu istiqamətdə əsas hədəflər qatar parkının yenilənməsi, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, infrastrukturun genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və ekoloji baxımdan daha səmərəli nəqliyyat mühitinin yaradılmasıdır. Bakı Metropoliteni qarşıdakı illərdə bu hədəflərə çatmaq üçün fəaliyyətini davam etdirəcək, sərnişinlərə daha yüksəkkeyfiyyətli, müasir və təhlükəsiz xidmət göstərilməsi üçün bütün imkanlardan istifadə olunacaq.
Tarif dəyişikliyi bu məqsədlərə nail olmaq, beynəlxalq standartlara cavab verən dayanıqlı və innovativ metro sistemi qurmaq istiqamətində atılmış vacib addımlardan biri kimi dəyərləndirilir".
Qeyd edək ki, oktyabr ayının 1-dən metrolarda gediş haqqı 60 qəpik olacaq.
10 Azərbaycan vətəndaşı 38 gün Ermənistanda qalıb
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM










