Bakı metrosu ötən il pandemiyaya görə dövlətdən 28 milyon manat yardım alıb

2020-ci ildə “Bakı Metropoliteni” QSC-nin daşıdığı 74,7 milyon sərnişinin 2,6 milyonu yeraltı nəqliyyat vasitəsindən güzəştli şərtlərlə istifadə edib.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabatında bildirilir.
Sənəddə həmçinin deyilir ki, dövlət büdcəsindən ötən il səhmdar cəmiyyətinə əsaslı vəsait qoyuluşu üzrə ümumilikdə 140,2 milyon manat vəsait ayrılıb.
Hesabat ilində II (yaşıl) xəttin “Dərnəgül” elektrik deposunun, III (Bənövşəyi) xəttin “Xocasən deposu”-“Avtovağzal” stansiyaları arasında tunellərin “Xocasən” elektrik deposunun “B-3” – “B-4” – “B-5” sahəsinin, Bakı metropoliteni xətlərinin IV növbəsinin “Xətai” – “H.Aslanov-2” – “Yeni Günəşli” sahəsində tikinti quraşdırma işləri davam etdirilib.
Rusiyanın “Metrovaqonmaş” ASC-dən innovasiya baxımından ən müasir 20 metro vaqonu alınıb, istismar müddətini başa vurmuş 11 ədəd vaqon silinib və metro vaqonlarının inventar parkı 304 ədəd təşkil edib.
2020-ci ildə “Bakı Metropoliteni”nin istismar fəaliyyəti üçün büdcədən 40 milyon manat subsidiya və pandemiya ilə bağlı zəruri xərclərinin qarşılanması üçün 27,7 milyon manat maliyyə yardımı ayrıılıb.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












