Bakı Şəhər Baş Polis İdarəsi idarə və müəssisə rəhbərlərinə müraciət edib - VİDEO

Bakı Şəhər Baş Polis İdarəsi ölkə ərazisində elan olunmuş hərbi vəziyyətlə əlaqədar idarə və müəssisə rəhbərlərinə müraciət edib.
Avtosfer.az xəbər verir ki, bu barədə APA TV-yə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibi Elşad Hacıyev məlumat verib.
Onun sözlərinə görə, saat 21:00-dan etibarən komendant saatı tətbiq olunmasına baxmayaraq, bəzi əmək kollektivlərində, müəssisə və təşkilatlarda bu nəzərə alınmır. İşçilər adi vaxtlarda olduğu kimi, əvvəlki saatlarda iş yerini tərk etdiyi üçün mənzil başına gecikirlər. Nəticədə komendant postlarında tıxaclar yaranır. Bu isə komendant saatının pozulması ilə yanaşı, polis əməkdaşlarının da işini çətinləşdirir: “Əsasən müşahidə olunan qayda pozuntusu komendant postlarında hərəkət iştirakçılarının vaxtı düzgün tənzimləməməsidir. Əmək kollektivlərinə tövsiyə edirik ki, komendant saatının saat 21:00-da başlamasını, eyni zamanda həmin şəxsin gedəcəyi məsafəni və marşrutu nəzərə alaraq, vaxt məsələsinə diqqət yetirsinlər”.
Elşad Hacıyevin sözlərinə görə, hansı səbəbdən gecikməsinə baxmayaraq, komendant saatını pozan hər kəs inzibati qaydada məsuliyyətə cəlb olunur.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












