Bakı-Sumqayıt dəmir yolundan nə qədər sərnişin istifadə edir? - AÇIQLAMA

“Abşeron dairəvi dəmir yolu xətti 2015-ci ildən fəaliyyətə başlayıb. Keçən ilin sonuna qədər isə digər 14 stansiyamız istismara verilib”.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişin Daşımaları departamentinin rəisi Elyar Muradov deyib.
O bildirib ki, pandemiyaya qədər Abşeron dairəvi dəmir yolu xəttində gündəlik 18-20 minə yaxın sərnişin daşınıb:
“Pandemiya dövründə sərnişindaşınma gündəlik 8 minə enib, hazırda isə gündəlik 11 min sərnişin daşınır. Abşeron dairəvi dəmir yolu xəttinin dayanacaq və stansiyalarında turniketlər və digər avadanlıqlar quraşdırılıb. Bu turniketlərdən istifadə etmək üçün keçid kartı tətbiq edilir.
Hazırda ADY-nin 11 min sərnişindən 8 mini bu kartlardan, 3 min isə birdəfəlik bilet alaraq istifadə edir”.
O əlavə edib, Bakı Dəmir Yolu Vağzalında 4 dəqiqə ərzində minə yaxın sərnişin turniketlərdən keçid edə bilir:
“Bir dəqiqədə bir turniketdən 15 sərnişin keçid edə bilir”.
O xatırladıb ki, sərnişinlər viza kartları vasitəsilə bu gündən etibarən 14 stansiyada quraşdırılmış turniketlərdən istifadə edə bilərlər:
“Bu kartlar nəinki Azərbaycan vətəndaşlarında, həmçinin ölkəyə gələn turistlərdə də var. Bu sistemin tətbiqi ADY-nin işini daha da yüngülləşdirir. Bu sistem Azərbaycanda ilk dəfə olaraq ADY-də tətbiq edilir. Ümid edirik ki, gələcəkdə digər ictimai nəqliyyatlarda da bu sistem tətbiq ediləcək”.
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












