Bakı və Aşqabad arasında tranzit daşımalarının həcmi əhəmiyyətli dərəcədə artıb - Səfir

Azərbaycan və Türkmənistan arasında tranzit daşımalarının həcmi 2025-ci ilin ilk 7 ayında 1,28 milyon ton təşkil edib – bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 % çoxdur.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlovun "Türkmənistanın xarici siyasəti və diplomatiyası" jurnalında dərc olunan məqaləsində deyilir.
Məqalədə qeyd olunur ki, daşımaların əsas hissəsi (təxminən 76 %) "Şərq-Qərb" marşrutu üzrə dəmir yolu nəqliyyatının payına düşür.
"Azərbaycan və Türkmənistan alternativ enerji və iqlim dəyişikliyi ilə bağlı vacib məsələlərin həllində inamla irəliləyir. Zəngin neft və təbii qaz ehtiyatlarına malik olmalarına baxmayaraq, hər iki ölkənin metan tullantıları üzrə öhdəliklərinə sadiq qalması və iqlim dəyişikliyi ilə mübarizə təşəbbüslərində fəal iştirak etməsi xüsusilə ümidverici faktdır. Türkmənistandan Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik enerjisinin ixracı imkanları nəzərdən keçirilir. Ölkənin COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış "yaşıl enerji"nin ötürülməsi layihəsində, həmçinin "Yaşıl Enerji" tərəfdaşlığı çərçivəsində "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"ndə potensial iştirakı müzakirə edilir", - Q. Gözəlov yazıb.
Onun sözlərinə görə, ölkələr arasında logistika infrastrukturunun genişləndirilməsi üçün də əlavə potensial mövcuddur.
"Bu əlaqələrin fiziki əsasını Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) mühüm həlqəsi olan Bakı Beynəlxalq Dəniz Limanı-Türkmənbaşı xətti təşkil edir. Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Lapis-Lazuli Dəhlizi də bu Transxəzər marşrutundan keçir. O, TRACECA dəhlizi ilə kəsişir və Aralıq dənizi limanlarına çıxışı təmin edir. Bu, Aşqabad və Bakının tranzit və logistika siyasətini strateji cəhətdən uzlaşdırır", - səfir yazıb.
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO
Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası
Xırdalan parkında təhlükəli vəziyyət: Naqillərin üzəri açıq qalıb - VİDEO
İlham Əliyevdən Sabir Rüstəmxanlı ilə bağlı SƏRƏNCAM
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvana uçuşlar təxirə salındı - AZAL səbəbini açıqladı










