Banner

Sərnişinlərə şad xəbər - Uzun fasilə başa çatır!

Sosial 30 Oktyabr 2026 14:00
Sərnişinlərə şad xəbər - Uzun fasilə başa çatır!
WhatsApp kanalımıza abunə olun

Noyabrın 20-dən Bakı–Balakən–Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq.

Avtosfer.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata əsasən, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək.

Xatırladaq ki, bu marşrut üzrə sərnişindaşıma xidməti sel hadisəsindən zərər görmüş Qax-Zaqatala dəmir yol xəttinin təmiri ilə əlaqədər müvəqqəti dayandırılmışdı.

Təmir işləri yekunlaşıb və qeyd olunan tarixlərdən Bakı-Balakən-Bakı marşrutu ilə səfərlərin bərpası təmin ediləcək.

Oxunub : 162
ŞƏRH YAZ
Ad

E-mail

Şərh