Bakıda "1 manatlıq" taksilər yığışdırılacaq - SƏRT TƏDBİRLƏR BAŞLAYIR
Xəbərlər
25 May 2021 15:24

"Yol polisi təhlükəsizliyin təmin edilməsi istiqamətində funksional vəzifəsini yerinə yetirir. "1 manatlıq" taksilər adlandırılan avtomobillərin qarşısını almaq üçün təbliğat gücləndirilməlidir. Bu, sadəcə DYP-nin üzərinə düşən iş deyil, digər qurumlar da kompleks tədbirləri həyata keçirməlidir. Məsələni kökündən həll etmək üçün həmin istiqamətlərdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkətini normallaşdırmaq lazımdır".
Avtosfer.az redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib. Qanunsuz olaraq fəaliyyət göstərən taksilər və mikroavtobuslardan danışan polkovnik bildirib ki, problemlərin aradan qaldırılması üçün ilkin olaraq təbliğat aparılır: "20 yanvar" adlandırılan ərazidə və "Koroğlu" metro stansiyasının yaxınlığında "1 manatlıq" taksi kimi tanınan və ya qeyri-qanuni fəaliyyət göstərən taksi sürücüləri arasında təbliğat apardıq. Dəfələrlə onlara müraciət etdik, bildirdik ki, bunların hamısı qanunun pozulmasıdır. Ərazidə polis olanda vətəndaşlar gizlənirlər, polis əməkdaşları uzaqlaşdıqda yenidən üzə çıxırlar.
Bir daha vətəndaşlara müraciət edirəm ki, çalışın BNA-nın təyin etdiyi marşrutlarla hərəkət edəsiniz. Bu marşrutlar üzrə təyin edilmiş avtobuslara minin, onlar hamısı nəzarətdədir".
V.Əsədov "28 may" metro stansiyasının qarşısında toplaşan mikroavtobuslar, eləcə də dayanan taksilərin digər nəqliyyat vasitələrinin hərəkətinə manəçilik törətmələrindən də danışıb: "Bakı şəhəri üzrə yol hadisələrinin aşağı düşməsi bunu deməyə əsas verir ki, qeyd olunan istiqamətdə xidmət edən əməkdaşlarımız nəzarəti gücləndirib. Vurğuladığınız məsələ bizə göstərdi ki, gücləndirilmiş iş saatı ilə xidmət etməliyik. Əlaqəli əməkdaşlar da öz qayğısını burada əsirgəməməlidir. Hər işi yol polisinin üzərinə atmağın özü də ədalətsizlikdir".
Xatırladaq ki, ötən gün Xəzər rayonunda ağır yol qəzası baş verib. Nəticədə 3 nəfər (1 qadın, 2 kişi) hadisə yerində dünyasını dəyişib, 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlər alıb. Avtomobilin taksi kimi fəaliyyət göstərdiyi deyilir.
Oxunub : 8302
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 11:03
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
13 Oktyabr 2026 22:08
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
13 Oktyabr 2026 19:02
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
13 Oktyabr 2026 15:18
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
12 Oktyabr 2026 23:06
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
12 Oktyabr 2026 20:29
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
12 Oktyabr 2026 20:17
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
12 Oktyabr 2026 19:45
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
12 Oktyabr 2026 19:24
18 marşrutun hərəkət sxemi dəyişdirilir
12 Oktyabr 2026 18:41
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
12 Oktyabr 2026 18:00
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
11 Oktyabr 2026 13:41
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
ŞƏRH YAZ













