Bakıda 2040-cı ilədək nəqliyyat sektorunda 46 mindən çox əlavə iş yeri yaradılacaq

2040-cı ilə qədər Bakının nəqliyyat sektorunda 46 min 225 əlavə iş yerinin yaradılması planlaşdırılır ki, bununla da həmin il cəmi məşğulluqda nəqliyyat sektorunun payı 7,9 % olacaq.
Avtosfer.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında əksini tapıb.
2019-cu ildə paytaxtın nəqliyyat sektorunda məşğul əhali 89 min 641 nəfər olub ki, bununla da sektorun cari məşğulluqda payı 6,7 % təşkil edib.
Həmçinin diqqətə çatdırılıb ki, 2040-cı ildə nəqliyyat sektorunun ümumi daxili məhsulda (ÜDM) payı 8 % olacaq.
2019-cu ildə nəqliyyat sektorunda istehsal olunmuş ÜDM-in dəyəri 2 milyard 336 milyon manat olub, sektorun xüsusi çəkisi isə 8 % təşkil edib.
Nəqliyyat sektoru ilə bağlı ehtimal olunan illik iqtisadi artım 2,5 % nəzərdə tutulub və 2020-2040-cı illər arasında Bakıda ümumilikdə 372 min 375 əlavə iş yerləri yaradılacaq.
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ












