Bakıda ağaclarda dərmanlama işləri aparılır - FOTOLAR

Paytaxtın bəzi ərazilərində, ağaclarda qurdların kütləvi şəkildə müşahidə olunması ilə bağlı mübarizə tədbirləri davam etdirilir.
Avtosfer.az-ın məlumatına görə, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən (YTB) bildirilib ki, məsələ ilə əlaqədar mütəxəssislər qurdların müşahidə edildiyi ərazilərə baxış keçiriblər.
Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, ağaclarda müşahidə edilən qurdlar Ağ Amerika kəpənəyinin tırtıllarıdır.
Bununla əlaqədar YTB tərəfindən xüsusi tədbirlər planı hazırlanıb. Hazırda ərazilərdə gündəlik monitorinqlər aparılır, tırtılların aşkar edildiyi yerlərdə isə xüsusi vasitələrlə dərmanlama işləri həyata keçirilir.
Qurumdan vurğulanıb ki, sözügedən tırtıllar insanların sağlamlığı üçün təhlükə yaratmır. Buna baxmayaraq, yaşıllıqlara vurduğu ziyanın qarşısının alınması məqsədilə monitorinq və mübarizə tədbirləri davam etdirilir.
Mütəxəssislərin məlumatına görə, insan üçün heç bir zərəri olmasa da Ağ Amerika kəpənəyi 120-dən çox bitki növünə zərər verə bilir. Zərərverici tut ağacları ilə yanaşı, alça, alma, gavalı, ərik, armud, şaftalı, göyəm, itburnu, yasəmən, göyrüş, qovaq, qarağat və digər bitkilərlə də qidalanır. Abşeron yarımadasında aparılmış tədqiqatlar zamanı isə bu həşəratın 30 bitki növü ilə qidalandığı müəyyən edilib.





Səhiyyə naziri dəyişdi, müşavir işindən ayrıldı
Sabah bəzi sürücülər imtahana cəlb olunacaqlar - RƏSMİ
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU












