Polis Bakıda "Prado" və "Prius"-lardan katalizator oğurlayan dəstəni ələ keçirdi - FOTO - VİDEO

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində avtomobillərin səsboğucu sistemi, yəni katalizatorlarını oğurlayan şəxslər saxlanılıblar. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əməliyyat zamanı Bakı şəhər sakinləri - Mehman Xəlilov, İlkin Məmişov, Cambul Seyidov tutularaq istintaqa təqdim ediliblər.
Araşdırma zamanı onların Suraxanı rayonun Yeni Günəşli qəsəbəsində 5, Xətai rayonunda isə 2 nəqliyyat vasitəsinin katalizatorunu oğurladıqları məlum olub. Mehman Xəlilov, İlkin Məmişov, Cambul Seyidov ifadələrində əsasən gecə saatlarında “Toyota Prado” və “Toyota Prius” markalı avtomobillərin katalizorlarını kəsib oğurladıqlarını etiraf ediblər.
Qeyd edək ki, oğurlanan katalizatorlardan bir neçəsi Cambul Seyidova məxsus avtomobilin yük yerindən aşkar olunub.
Adları sadalanan şəxslər barəsində Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılanların digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
"Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, habelə, Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər", - Mətbuat xidmətinin açıqlamasında qeyd edilib.
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
















