Bakıda binanın damında hovuz tikənin kimliyi bilindi - YENİ DETALLAR - FOTO

Bakıda binanın damında hovuz tikən şəxslə bağlı maraqlı fakt ortaya çıxıb.
Əldə etdiyimiz məlumata görə, həmin hovuzu binanın ən sonuncu mərtəbəsində yaşayan Valeh Abbasəliyev tikibmiş.
Hovuzun tikilməsindən ev sahibinin qonşusunun da məlumatı olub. Həmin vaxt onların arası yaxşı imiş. Hətta qonşular hovuzun ətrafında bir yerdə istirahət də ediblərmiş. Sonradan qonşuların arası dəyib. Digər qonşu V.Abasəliyevin binanın damında hovuz tikməsi barədə aidiyyatı qurumlara məlumat verib.
Aidiyyatı qurumlar da gəlib hovuzu söküblər./lent.az
***12:00
Azadlıq prospekti 13 ünvanında çoxmərtəbəli yaşayış binasının damında qanunsuz olaraq hovuz və tikili inşa edilib.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən dərhal tədbirlər görülüb.
Belə ki, sözügedən binanın damında qanunsuz tikililərin sökülməsi istiqamətində işlərə başlanılıb.
Qeyd edək ki, bu qanunsuz tikililər binanin dam örtüyü və konstruksiyası üçün ciddi təhlükə yaradıb.




Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












