Bakıda birgə reydlər davam edir - FOTO

Son günlər COVİD-19-a yoluxanların sayında artım müşahidə olunur. Bunu nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsinin vəziyyətinin yoxlanılması və vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə birgə reydlərin keçirilməsi davam etdirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, reydlər zamanı yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə vətəndaşlarla qoruyucu maskalardan istifadənin vacibliyi ilə bağlı söhbətlər aparılır, müvafiq izahatlar verilir. İlk növbədə ictimai nəqliyyatda, insanların sıx toplaşdığı məkanlarda, ictimai iaşə və digər obyektlərdə virusa yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin vəziyyəti yoxlanılır və insanlar arasında sosial məsafənin qorunması məqsədilə izahetmə işləri aparılır.
Reydlər zamanı aşkar edilən nöqsanlar və çatışmazlıqlar yerində aradan qaldırılır, pozuntulara yol verən sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri və digər cavabdehlərə qarşı cərimə tədbirləri tətbiq olunur.
Paytaxtda koronavirus əleyhinə rejimin, sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət və birgə reydlər davam etdiriləcək.




Gültən
FHN-dən Qubada baş verən zəlzələ ilə bağlı AÇIQLAMA
"Tarqovı"da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı - FOTO - VİDEO
Doqquz avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLDİ
Nazir onu özünə köməkçi TƏYİN ETDİ
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO










