Bakıda BNA-ya məxsus tumbalar oğurlanıb?

Bakıda BNA-ya məxsus tumbaların oğurlanması ilə bağlı xəbəri Daxili İşlər Nazirliyi təkzib edib.
Yasamal rayonu, K.Rəhimov küçəsi, 30 ünvanında BNA-ya məxsus tumbaların oğurlanması barədə yayılan məlumatla əlaqədar olaraq, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov oxu.az-a bildirilib ki, həmin ərazidə oğurluq hadisəsinin baş verməsi barədə yayılan məlumatlar özündə həqiqəti əks etdirmir.
Məsələ ilə bağlı polis əməkdaşları ərazidə araşdırma aparıblar. Müəyyən olunub ki, qeyd edilən yerdə 23.01.2024-cü il tarixdə saat 19 radələrində “Toyota Prius” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini piyadalar üçün nəzərdə tutulan səkinin kənarında quraşdırılan qoruyucu tumbalara vurub:
“Həmin tumbalar yararsız vəziyyətə düşdüyündən BNA-nın əməkdaşları tərəfindən sökülərək ərazidən götürülüb.
Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












