İstanbulda DƏHŞƏT: 15 yaşlı məktəbli qız şagirdləri bıçaqladı - FOTOLAR

Hadisə 6 Oktyabr 2026 14:41
İstanbulda DƏHŞƏT:  15 yaşlı məktəbli qız şagirdləri bıçaqladı - FOTOLAR
WhatsApp kanalımıza abunə olun

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda Şeyh Şamil İmam Hatip orta məktəbində 15 yaşlı məktəbli qızın yaraladığı şagirdlərin sayı artıb.

Bu barədə Avtosfer.az Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, məktəbdə məktəbli qız 8 şagirdi bıçaqla yaralayıb.

Hadisə yerinə sağlamlıq qrupları göndərilib. Yaralı şagirdlər təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Türkiyə Radio və Televiziya Ali Şurası (RTÜK) hadisə ilə bağlı yayım qadağası tətbiq edib.

***

İstanbulun Başakşehir rayonunda 15 yaşlı qız orta məktəb şagirdlərinə bıçaqla hücum edib, nəticədə ən azı beş nəfər yaralanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə NTV telekanalı yerli rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, təhsil müəssisəsinin ərazisinə bıçaqla daxil olan şagird onun arxasınca binaya girən məktəblilərə xəsarət yetirib. Müxtəlif mənbələrdə yaralıların sayı ilə bağlı fərqli məlumatlar verilir.

Başakşehir rayonunun rəhbəri Cəmil Özgür Öney yeddi şagirdin yaralandığını və onlardan üçünün vəziyyətinin ağır olduğunu bildirib. İlkin məlumatlara görə, hücum edən şəxs 10-cu sinif şagirdidir.

"Yeni Şafak" nəşrinin yazdığına görə, qadın mühafizəçinin cəld müdaxiləsi və hücum edənin qolundan tutaraq onu zərərsizləşdirməsi daha ağır nəticələrin qarşısını alıb. Şübhəli şəxs polis tərəfindən saxlanılıb. İstanbul bələdiyyəsindən verilən açıqlamada hücum nəticəsində beş şagirdin xəsarət aldığı və onların xəstəxanaya yerləşdirildiyi qeyd edilib.

Hücumun səbəbləri məlum deyil, hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

 

FOTO QALEREYA
Oxunub : 374
ŞƏRH YAZ
Ad

E-mail

Şərh