Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA

Bakıda torpaq sahələrinin qiymətində son dövrdə nəzərəçarpacaq artım müşahidə olunur. Sentyabr ayında torpaq sahələrinin qiyməti illik müqayisədə orta hesabla 17 faiz yüksəlib.
Avtosfer.az xəbər verir ki, bazardakı bu artımın hansı amillərlə bağlı olduğu və qiymət artımının qarşıdakı dövrdə davam edib-etməyəcəyi maraq doğurur. Bəs torpaq qiymətlərinin yüksəlməsinin əsas səbəbləri nələrdir və bu bahalaşma şəhərin kənar ərazilərində də davam edə bilərmi?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, torpağın qiymətinin bahalaşmasının əsas səbəbi şəhərin mərkəzində torpaq sahələrinin məhdud olmasıdır:
.jpeg)
"Şəhərin mərkəzində tikinti üçün yararlı torpaq sahələri artıq çox azdır. Yəni mövcud olan resurs məhduddur və olmayan şey də təbii olaraq bahalaşır. Buna görə də torpaq qiymətlərinin artmasının əsas səbəbi məhz torpağın məhdudluğudur. Şəhərin kənar ərazilərində də torpaq qiymətlərinin tədricən bahalaşması gözlənilir. Lakin bu artımın mərkəzdəki qədər sürətli və yüksək olması ehtimalı azdır. Buna baxmayaraq, tələbin artması ilə əlaqədar olaraq şəhər kənarında yerləşən torpaq sahələrinin qiymətlərində də mərhələli bahalaşma baş verə bilər”.
İqtisadçı əlavələ olaraq qeyd edib ki, torpaq xərci evlərin, obyektlərin və ümumilikdə daşınmaz əmlakın qiymətinin formalaşmasında mühüm paya malikdir:
“Tikinti xərclərinin əhəmiyyətli hissəsini də məhz torpaqla bağlı məsrəflər təşkil edir. Buna görə torpaq qiymətlərinin artması birbaşa olaraq ev və digər daşınmaz əmlak qiymətlərinin yüksəlməsinə təsir göstərir. Hazırda daşınmaz əmlak bazarında müşahidə olunan bahalaşmanın əsas səbəblərindən biri də torpaq qiymətlərinin artmasıdır".
Fatimə
TƏBİB Bahadur Rzayevə həvalə olundu
Avtomobildə qanunsuz reklama görə cərimə belə olacaq – YENİ QANUN
Maşında telefondan istifadə edənlər kamera ilə cərimə ediləcək - YENİLİK
Azərbaycanda ət bahalaşır: Yerli istehsal niyə tələbatı ödəmir? – AÇIQLAMA
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan paylaşım edib - VİDEO
Türkiyədən gətirilən məhsullar gömrük güzəştlərinə baxmayaraq niyə bahalaşır? – AÇIQLAMA
Bakıda hər il 300-ə yaxın ekoloji təmiz avtobus istismara verilir – EKSPERT - VİDEO
Avtobus sürücülərinin sərnişinlərdən “küsmə”sinin səbəbi nədir? - AÇIQLAMA
Avtomobillə işə gedənlərə PİS XƏBƏR!
Hindistanlı nazirə görə Özbəkistanın XİN başçısı da Bakıya gəldi - POLİTOLOQ
Süni intellektin biznesə zərəri xeyrindən çoxmuş












