Bakıda çayxanada taksi sürücüsü bıçaqlanıb
Xəbərlər
17 Yanvar 2024 10:09
Oxunub 682

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
Avtosfer.az xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
1985-ci il təvəllüdlü Əmirov Yədulla Kazım oğlu çayxanada tanışı ilə mübahisə edib.
Mübahisə zamanı o, bıçaqlanıb.
Yaralı Sabunçu Tibb Mərkəzinin cərrahiyə şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, Y.Əmirov taksi sürücüsü kimi fəaliyyət göstərir.
apa
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













