Bakıda dəmiryol stansiyaların sayı 54-ə çatdırılacaq

2027-ci ilin sonunadək Abşeron yarımadasında 20 sərnişin stansiyasının yenidən qurulması, o cümlədən Biləcəri stansiyası ilə Mərkəzi Bakı Stansiyası arasında Şimal-Cənub istiqamətindəki dəhliz boyu 4 yeni stansiyanın tikintisi və Sumqayıta qədər uzanan xəttin üzərində Xırdalan şəhəri ərazisində yeni stansiyanın inşası nəzərdə tutulur.
Avtosfer.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Bakıxanov stansiyasından Zirəyə doğru uzanan və Bülbülə, Əmircan, Suraxanı, Yeni Suraxanı, Binə, Qala, Dübəndi və Zirədə yenidən qurulacaq 8 stansiyadan ibarət xəttin bərpası, “Qaradağ-Güzdək”, “Zabrat-Maştağa-Zağulba” dəmiryolu dəhlizlərinin yaradılması, habelə Qaradağ rayonu ərazisində və Xocasən qəsəbəsində yeni dəmir yolu stansiyalarının yaradılması nəzərdə tutulur.
Bunlarla yanaşı, dəmir yol şəbəkəsinin inkişaf etdirilməsi və ictimai nəqliyyat əlaqələndirməsində rolunun artırılması üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna yeni dəmiryol xəttinin inşası, o cümlədən Hövsan dəmiryol stansiyasının fəaliyyətinin bərpası nəzərdə tutulur.
Şəhər mərkəzinin yarımadanın şimal istiqaməti ilə birbaşa dəmiryol bağlantısının təmin edilməsi və dəmiryol nəqliyyatının əhatə dairəsinin genişləndirilməsi məqsədilə 2040-cı ilədək yeni “Binəqədi-Mehdiabad-Fatmai-Pirşağı” dəmiryolu dəhlizinin yaradılması planlaşdırılır.
2040-cı ilədək Bakı şəhəri üzrə dəmiryol şəbəkəsinin ümumi uzunluğunun təqribən 195,4 km-dən 338,6 km-ə, stansiyaların sayının isə 26-dan 54-ə çatdırılması nəzərdə tutulur.
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ












