Bakıda ərini yatan yerdə öldürən qadın: “Peşman deyiləm!” - VİDEO

Bakıda həyat yoldaşını yatdığı yerdə öldürən qadın əməlindən peşman olmadığını bildirib. İctimai Televiziyadan verilən məlumata görə, hadisə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki 41 yaşlı Günay Şıxəliyeva həyat yoldaşı 45 yaşlı Mahir Şıxəliyevi dəmir linglə vuraraq yatdığı yerdə qətlə yetirib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
İTV-yə danışan ailənin qonşuları bildirib ki, M.Şıxəliyev spirtli içki aludəçisi olub. O davamlı olaraq həyat yoldaşı Ş.Şıxəliyevaya qarşı fiziki təzyiq göstərib. İlkin ifadə zamanı G.Şıxəliyeva cinayət törətdiyini etiraf edib və əməlindən peşman olmadığını deyib.
Bildirək ki, G.Şıxəliyeva və M.Şıxəliyevin birgə nikahdan iki yeniyetmə övladı var.
Qeyd edək ki, Martın 7-də saat 5 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində 1976-cı il təvəllüdlü Şıxəliyev Mahir Oqtay oğlunun yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin arvadı 1980-ci il təvəllüdlü Şıxəliyeva Günay Arif qızının ailə-məişət münasibətləri zəminində Mahir Şıxəliyevin yatmış vəziyyətdə olmasından istifadə edərək dəmir linglə onun baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












