Bakıda evlərdən 113 min manatlıq oğurluq edilib - FOTO - VİDEO

Bakıda evlərdən 113 min manatlıq oğurluq edilib.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Nərimanov rayonunda yerləşən mənzillərdən birindən oğurluq edilib. Zərərçəkən Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək evdən 60 000 manat dəyərində qızıl-zinət əşyalarının və qiyməti 3 000 manat olan xəz dərinin oğurlandığını deyib.
Eyni məzmunlu şikayətlərlə Nərimanov rayonunda yaşayan daha 3 sakinin ərizəsi polis idarəsində qeydiyyata alınıb. Onlar da evlərindən ümumilikdə 50 000 manata yaxın qızıl-zinət əşyalarının və pul vəsaitlərinin oğurlandığını bildiriblər.
Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq cinayətləri etdiyi üçün dəfələrlə məhkum olunmuş Niyaməddin Əliyev saxlanılıb.
Onun Yasamal rayonunda yerləşən evinə baxış zamanı oğurladığı qızılların və digər əşyaların bir qismi gizlin saxlanc yerindən aşkar olunaraq maddi sübut kimi götürülüb. Niyaməddin Əliyev izahatında etdiyi oğurluqları etiraf edib.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini Turxan Həsənli saxlanılıb. Onun üzərinə və əlindəki bağlamaya baxış zamanı 2 kiloqrama yaxın yüksək təsiredici xassəyə malik narkotik vasitə olan heroin, metamfetamin, 320 ədəd satışı qadağan edilən psixotrop tərkibli metadon həbi və narkotiklərin satışında istifadə etdiyi elektron tərəzi aşkar olunub.
Araşdırma zamanı Turxan Həsənlinin sosial şəbəkədə tanış olduğu xarici ölkələrdən birində yaşayan narkotacirin şirnikləndirici vədlərinə aldanaraq onun narkokuryerlik təklifi ilə razılaşdığı məlum olub. Turxan Həsənli ifadəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.
Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət İşləri başlanılıb. Niyaməddin Əliyev və Turxan Həsənli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Nərimanov Rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər", - məlumatda qeyd edilib.
Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO
Bakıda mal əti bahalaşdı: Səbəblər AÇIQLANDI
Həzi Aslanovda tikinti işlərinə etiraz: “Binanın altı qazılır” - VİDEO
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
Toy menyuları bahalaşıb: Qiymətlər 400 manata çatır
Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq
Ağdama köç şəhərdə nəqliyyat sistemini necə formalaşdıracaq? - EKSPERT
İlham Əliyev Fərman İMZALADI
Bakının bu küçələri BAĞLI OLACAQ
Bakıda 46 küçədə təmir işləri yekunlaşıb, 32 km uzunluğunda YOL YENİLƏNİB
Azərbaycanda uşaqpulu bərpa edilir?












