Bakıda insanların evini qanunsuz uçuran vəzifəli şəxs HƏBS EDİLDİ

Paytaxtın Nərimanov rayonu ərazisində söküntü və tikinti-quraşdırma işləri zamanı “EAST Residence” Mənzil Tikinti Kooperativi tərəfindən vətəndaşlara məxsus əmlakın qəsdən məhv edilməsi faktlarına dair Nərimanov rayon prokurorluğunda cinayət işi başlanmaqla istintaq aparılır.
Nərimanov rayon prokurorluğundan Avtosfer.az-a verilən məlumata görə, istintaqla, Kooperativin sədri Əli Məmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mülkiyyətçilərin razılığı, eləcə də, qanuni qüvvəyə minmiş müvafiq məhkəmə qərarı olmadan müxtəlif şəxslərə məxsus əmlakları məhv etməsi nəticəsində vətəndaşlara külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Əli Məmmədov iş üzrə Cinayət Məcəlləsinin 186.3 (külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam etdirilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












