Bakıda marşrut avtobuslarının sayı artırılacaq

"Vaxtilə ictimaiyyətin ciddi narazılığına səbəb olan avtobus zolaqları bu gün artıq paytaxtda qəbul edilmiş reallığa çevrilib. Hazırda isə oxşar proses mikromobil nəqliyyat vasitələri - velosiped və skuterlər üçün nəzərdə tutulan zolaqlarla bağlı yaşanır".
Avtosfer.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "İctimai proseslər media müstəvisində" mövzusunda forum çərçivəsində "Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində" adlı panel müzakirə zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Kommunikasiya departamentinin direktoru Vəli Məmmədov deyib.
Onun sözlərinə görə, agentlik yaxın zamanda ictimai nəqliyyatın əlçatanlığını artırmaq məqsədilə avtobusların sayını da artırmağı planlaşdırır.
Taksi islahatlarına da toxunan V.Məmmədov bildirib ki, artıq prosesin birinci mərhələsi yekunlaşıb:
"Hal-hazırda taksi fəaliyyəti ilə məşğul olmaq üçün 27 minə yaxın buraxılış kartı verilmiş avtomobil var. Bu rəqəm bir il əvvəl 67 min idi. Azalma aparılan islahatların nəticəsidir", - deyə o qeyd edib.
AYNA rəsmisi əlavə edib ki, hədəf qısa məsafələr üzrə taksi asılılığını azaltmaqdır:
"Taksi xidməti o qədər ucuz idi ki, insanlar 0-3 km-lik məsafələrə belə taksi ilə gedirdilər. Bu, nə iqtisadi, nə də nəqliyyat baxımından effektiv deyil. Bu kimi məsafələrdə velosiped və skuterlər kimi alternativ mikromobil nəqliyyat növlərinin təşviqini məqsədəuyğun sayırıq".
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












