Bakıda mebel mağazasında ÖZBAŞINALIQ - Mebel aşıb və ev sahibi xəsarət alıb - VİDEO

Bakıda sakin "Orman" mebel mağazasından mebel sifariş verib. Mağaza işçiləri əşyanı gətirib quraşdırdıqdan bir müddət sonra həmin mebel aşıb və ev sahibi xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, bu barədə sakin Baku TV-yə şikayət ünvanlayıb.
Şikayətçinin sözlərinə görə aldığı malın nə çeki, nə də sənədi ona verilib:
"Hadisədən iki həftə sonra mağazaya yaxınlaşdım və onlar bunun usta səhlənkarlığı olduğunu etiraf etdilər. Ödəniş edilərkən qəbz və müqaviləni istədiyim halda heç birinin verilməyəcəyini demişdilər".
Baku TV-nin çəkiliş qrupu iddiaların nə dərəcə həqiqəti əks etdirdiyini öyrənmək üçün sözügedən mebel mağazasına müştəri qismində üz tutub, nəticədə satış zamanı qəbz və müqavilə təqdim edilmədiyi məlum olub.
Onlar daha sonra həmin məkana kanalın əməkdaşı kimi daxil olduqda isə mağaza işçisi "kameranı söndürün, rahat söhbət edək" deyərək məsələni ört-basdır etməyə çalışıb.
Daha ətraflı videomaterialda:
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












