Bakıda niyə tez-tez avtobus qəzaları baş verir? - VİDEO

Cari ilin 6 ayı ərzində ölkə üzrə avtobus və mikroavtobusların iştirakı ilə 29 yol nəqliyyat hadisəsi baş verib. Baş Dövlət yol polisi idarəsinin şöbə rəisi Rövşən Tağıyev qəzaların hansı səbəbdən baş verdiyinə aydınlıq gətirib.
Avtosfer.az xəbər verir ki, gündəlik ictimai nəqliyyatdan istifadə edən sərnişinlər də qəzaların sürücülərin məsuliyyətsizliyi ucbatından baş verdiyini deyirlər.
Avtobus sürücüləri də bənzər qənaətdədirlər.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, baş verən qəzaların əsas səbəbi avtobus parkının yeni olmamasıdır. Ekspert bu göstəricinin minimuma endirilməsi üçün həyata keçirilməli olan tədbirlərə də diqqət çəkib.
Ərşad Hüseynov əlavə edib ki, sürücülərin seçimi, onların iş və istirahət rejimlərinə nəzarət, eləcə də avtobus və mikroavtobusların müasirliyi kimi məsələlərdə daşıyıcı şirkətlərin də üzərinə böyük məsuliyyət düşür. (Xəzərxəbər)
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












