Bakıda “Özkirəmit” qanunsuz parking yaradıb – FOTO

Bakıda fəaliyyət göstərən “Özkirəmit” şirkəti qanunsuz parklama yeri yaradıb.
Avtosfer.az manset.az-a istinadən xəbər verir ki, Nərimanov ərazisində yerləşən şirkətin mağazasının qarşısında qanunsuz parklanma nişanı çəkilib. Obyektin sahibi və əməkdaşlarından başqa digər avtomobillərin həmin ərazidə saxlanılmasına icazə verilmir. Ərazidə olan sürücülər bu vəziyyətdən öz narazılıqlarını bildirirlər. Sürücülər qeyd edirlər ki, sözügedən şirkətin əməkdaşlarına irad bildirdikdə isə onlar icazənin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verildiyini deyirlər. Bəs, bu qanunlar pozulduğu halda şirkəti hansı cəza gözləyir?
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, buna görə fiziki şəxslər üçün cərimə 200 manatdır:
“Dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi və ya bu xidmətlə bağlı ödənişin tələb olunmasına görə fiziki şəxslər 100–200 manat məbləğində cərimələnir. Vəzifəli şəxslər üçün bu cərimə 300–500 manat təşkil edir. İşin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlər kifayət sayılmadıqda, həmin şəxslərə 15 günədək müddətə inzibati həbs tətbiq oluna bilər. Hüquqi şəxslər isə 1500 manatdan 2000 manatadək cərimə edilirlər. Yeni qanun bu qaydaları əhatə edir”.

Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO










