Bakıda qadın avtobus sürücüləri işə başladı

Bu gündən etibarən paytaxtın sərnişindaşıma sistemində qadın sürücülər rəsmi olaraq fəaliyyətə başlayıblar.
Avtosfer.az xəbər verir ki, onların işə adaptasiya dövründə peşəkar mentor-sürücülər tərəfindən praktik dəstək göstərilir.
Xatırladaq ki, ictimai nəqliyyatda qadınların payını artırmaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xüsusi hazırlıq proqramı həyata keçirib.
Bu proqram çərçivəsində qadın namizədlər avtobusun idarə olunmasına dair nəzəri biliklər və praktiki hazırlıq mərhələlərindən keçiblər.
Təlim zamanı yalnız sürücülük vərdişləri deyil, həm də düzgün davranış qaydaları, sərnişinlərlə ünsiyyət etikası və təhlükəsizlik prinsipləri öyrədilib.
İştirakçılar manevr etmə, dayanma və durma qaydalarının tətbiqi, baxış bucaqlarının düzgün seçilməsi kimi mövzular üzrə praktiki çalışmalar aparıblar.
Proqramın əsas bölmələri mürəkkəb yol şəraitində idarəetmə, dar məkanlarda ön və arxa parketmə, slalom üzrə çalışmaları, döngələrdə optimal trayektoriyanın müəyyən edilməsi və təhlükəsiz məsafənin qorunması kimi bacarıqları əhatə edib.
Bundan başqa, sürücülər müxtəlif yol və hava şəraitlərində qəza ehtimalını minimuma endirmək üçün tələb olunan mühüm praktiki biliklər əldə ediblər.
Namizədlər həmçinin xüsusi seçilmiş marşrutlarda sınaq idarəetmələrinə cəlb olunublar.
“BakuBus” MMC-də işə başlamaq istəyən xanımlar müraciət göndərdikdən sonra tibbi müayinədən, psixoloji testlərdən və təhlükəsizlik baxımından uyğunluq yoxlamalarından keçiblər. Bütün mərhələləri uğurla tamamlayan namizədlər rəsmi şəkildə sürücü kimi işə qəbul olunublar.
İşə qəbul prosesinin son mərhələsində onlar üçün “Təhlükəsiz sürücülük və ehtiyatlı idarəetmə” mövzusunda əlavə təlim də keçirilib. Bu təlimdə sürücülərə real və potensial təhlükəli situasiyalara düzgün reaksiya vermə, qəfil manevr etmə bacarıqları və təhlükəsiz sürücülük prinsipləri aşılanıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












