Bakıda qəribə hadisə: Tunelə “işığı söndürün, həyatım tort üfürəcək” pankartı asdı, həbs edildi

Bakıda “işığı söndürün, həyatım tort üfürəcək” plakatını tuneldən asan şəxs həbs edilib.
Avtosfer.az-ın məlumatına görə, 1989-cu il tarixdə Rusiya Federasiyasının İrkutsk vilayətinin Ust-Kut şəhərində anadan olmuş və hazırda Bakıda yaşayan Taleh Rayiz oğlu Cəbiyev xırda xuliqanlıq hərəkətləri etdiyi üçün saxlanılıb.
Belə ki, 8 avqust tarixində, saat 18:30 radələrində tanışı olan xanım Taleh Cəbiyevdən üzərinə “işığı söndürün, həyatım tort üfürəcək” və digər sözlər yazılmış pankart hazırlayaraq, “Şəfa” stadionunun yaxınlığında yerləşən tuneldən asmasını xahiş edib. O, pankartı yol hərəkətini tənzimləyən vasitələrin üzərinə asdıqdan sonra, yolun ortasında dayanaraq şəkil çəkdirib və həmin fotonu tanışı olan xanıma göndərib.
Bu zaman yol-patrul xidmətinin (YPX) əməkdaşı ona yaxınlaşaraq özünü təqdim edib və yol hərəkətini tənzimləyən vasitələrin üzərini nə üçün örtdüyünü soruşub. Taleh isə ona “get işinlə məşğul ol” deyərək, səs-küy salıb və pankartı sökməyəcəyini bildirib.
YPX əməkdaşı dərhal hadisə yerinə post-patrul xidməti (PPX) çağırıb. Bu zaman Taleh hadisə yerindən qaçmağa çalışsa da, qarşısı alınıb.
Məhkəmənin qərarı ilə Taleh Cəbiyev İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 34.3-cü maddəsinə əsasən, barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.
Qaynarinfo
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA











