Bakıda şaxtalı havada istilik problemi yaşanır: Aidiyyəti qurumdan problemlə bağlı AÇIQLAMA

Bakıda havanın qarlı və şaxtalı olmasına baxmayaraq, bir çox ərazilərdə istilik sistemi ilə bağlı problem yaşanır.
Bu barədə oxu.az-a həmin ərazilərdə yaşayan sakinlər məlumat veriblər.
Qeyd edək ki, Altıncı mikrorayon Ə.Ağayev və Svetlana Məmmədova küçələri, Q.Qarayev pr-ti, Babək pr-ti 76, “Xalqlar Dostluğu” metrostansiyasının ətrafı, Yasamalda A.M.Şərifzadə 56, doqquzuncu mikrorayon Adil Məmmədov küçəsi, Zərdabi 70, Gəncə prospekti 61 ünvanlarında istilik problemi yaşanır.
Mövsüm başlayandan sonra ay sonu istilik haqqı gəlsə də, “Azəristiliktəchizat” ASC “Qazanxanalar tam gücü ilə işləyir” açıqlamasını versə də, yuxarıda qeyd olunan və olunmayan bir çox ərazilərdə istilik verilməsi bu gün də yox səviyyəsindədir.
Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-yə sorğu ünvanlayıb.
ASC-nin mətbuat katibi Elvin Basqallı sorğumuza cavab olaraq bildirib ki, bütün qazanxanalar yüksək səviyyədə işləyirlər:
“Əgər hər hansı mənzildə istilik problemi varsa, onun səbəbi fərdi qaydada araşdırıla bilər. Bundan əlavə, abunəçilərimiz “Qaynar xətt” nömrəmizə də zəng edib problemlərini deyə bilərlər”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












