Bakıda sığortada işləyən qızın intim görüntüləri yayıldı, atasının ürəyi partladı öldü

Bu günlərdə gənc qızı özündən asılı vəziyyətə salaraq, onu cinsi istismara məruz qoyan 54 yaşlı Salyan sakininin məhkəməsi başa çatıb. İşə Bakı şəhər Nəsimi Rayon Məhkəməsində baxılıb. Avtosfer.az Publika.az-a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü Rövşən Məmmədov Cinayət Məcəlləsinin 151-ci (Seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi ilə təqsirli bilinib.
Belə ki, Rövşən Bakı şəhər Nəsimi rayonu ərazisində avtomobilini sığortalatdırarkən orada çalışan gənc qız – Səmayə (ad şərtidir) ilə tanış olub. Bundan sonra onların arasında münasibət yaranıb və görüşməyə başlayıblar. Növbəti görüşlərin birində Rövşən qızın intim görüntülərini lentə alıb və daha sonra bu görüntülərlə onu şantaj edərək təkrar görüşlərə məcbur edib.
Qeyd edək ki, Səmayənin Rövşənlə münasibəti pozmasından sonra o, qızın görüntülərini ailəsinə və digər yaxınlarına göndərib. Səmayənin atası bundan xəbər tutanda ürəyi partlayaraq ölüb.
Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsində Səmayə Rövşənə ağır cəza verilməsini xahiş edib.
Məhkəmənin hökmü ilə Rövşən Məmmədov 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və o, cəzaçəkmə müəssisəsinə göndərilib.
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq











